İçeriğe geçmek için "Enter"a basın

Tacikistanda dehşet: idman müellimi direktorun ve “zavuç”un boğazını kesdi

31-05-2015


31.05.2015 / 03:14 xeber –

Tacikistanın qərbindəki Tursunzadə şəhərində idman müəllimi məktəb direktorunu və “zavuç”u bıçaqla qətlə yetirib. Lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan DİN-in məlumatında bildirilir.     

  

“53 yaşlı idman müəllimi Tacikistanın əməkdar məşqçisi Yuldoş Aymatov pedaqoji fəaliyyəti ilə məktəb rəhbərliyi ilə arasında olan ədavət zəminində səhər saatlarında məktəb direktoru Dilora Nişonovanın kabinetinə gəlib və yaranan mübahisə zamanı üzərindəki bıçağı direktorun boğazına sancıb. Aldığı ağır bıçaq yarasından qadın hadisə yerində keçinib”, deyə məlumatda bildirilir.   

 

Qətli törətdikdən sonra Aymatov məktəbin həyətinə çıxıb və burada məktəblilərin gözü qarşısında məktəbin “zavuç”u, öldürülən direktorun bacısı Gülnarə Yuldaşovanın boğazını kəsib. Aldığı ağır yaradan qadın hadisə yerində keçinib.

 

Yuldoş Aymatov hadisə yerini tərk edib, lakin az müddət sonra evində polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hadisənin təfərrüatları açıqlanmır.  

Mənbə : Lent.az

Tacikistanda dehşet: idman müellimi direktorun ve “zavuç”un boğazını kesdi