İçeriğe geçmek için "Enter"a basın

“Sabir poeziya günleri”nin açılışı oldu

31-05-2015


31.05.2015 / 05:52 xeber –

Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə “Sabir poeziya günləri”nin açılışı olub.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AYB-nin sədri, xalq yazıçısı Anar 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən “Sabir poeziya günləri”nin əhəmiyyətindən danışıb. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri Əjdər Ol və Vaqif Bəhmənli böyük şairin qazandığı ümumxalq məhəbbəti və onun mənəvi irsinə göstərilən dövlət qayğısından söhbət açıblar.

 

Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin katibi Rəşad Məcid, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, türk şairi Ataol Bəhramoğlu və başqaları öz şeirlərini oxuyublar.

 

Tədbirdə qiraət ustaları M.Ə.Sabirin şeirlərini əzbər söyləyiblər, xanəndələrin ifasında isə muğam və mahnılar səsləndirilib.

 

Bildirilib ki, tədbir mayın 31-də şairin doğulduğu Şamaxıda davam edəcək. Şəhərdəki Mədəniyyət Mərkəzində rəngarəng proqram təqdim olunacaq. Sabirin doğma yurdu – şairlər diyarı Şamaxı Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsinə əsasən 2015-ci il üçün “Azərbaycanın ədəbiyyat paytaxtı” elan edilib. 

Mənbə : Lent.az

“Sabir poeziya günleri”nin açılışı oldu