İçeriğe geçmek için "Enter"a basın

ABŞ-da polis sürücünü daşqından xilas etdikden sonra gülleledi

31-05-2015


31.05.2015 / 07:35 xeber –

ABŞ-ın Oklahoma ştatında polis əməkdaşı daşqından xilas etdiyi şəxsi güllələyib. Su altında qalan avtomobildən çıxarılan şəxs qəfil məlum olmayan səbəbdən onu xilas edən polisə hücum etdiyindən, asayiş keşikçisi silahdan istifadə etməyə məcbur olub.  Güllə yarası alan şəxs hadisə yerində keçinib.

   

Məlumata görə, insident Okmalqi dairəsində baş verib. İnsident zamanı polis əməkdaşı xəsarət almayıb.

 

Qeyd edək ki, bölgədə bir neçə həftədir ki tüğyan edən daşqınlar nəticəsində 28 nəfər ölüb. 

Mənbə : Lent.az

ABŞ-da polis sürücünü daşqından xilas etdikden sonra gülleledi