İçeriğe geçmek için "Enter"a basın

Rusiyada xüsusi qoşun yaradılır

31-05-2015


31.05.2015 / 10:06 xeber –

Rusiyada yaxın zamanda çevik qoşunlar yaradılacaq.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hava-desant qoşunlarının komandanı Vladimir Şamanov bildirib ki,  qeyd olunan qoşun növü hava-desant qoşunlarının əsasında yaradılacaq. Çevik qoşunların həm müstəqil, həm də quru qoşunların tərkibində fəaliyyət göstərəcəyi gözlənilir.  

 

Şamanovun sözlərinə görə, bu tip qoşunların yaradılmasına səbəb  müasir hərbi döyüş əməliyyatların xarakteri olub.  O qeyd edib ki, hazırda hərbi əməliyyatların cəbhələrlə elə bir   bağlılığı yoxdur və əməliyyatlara  çoxlu sayda hərbçilərin cəlb olunması heç də  nəzərdə tutulmur.

 

Çevik qoşunların yaradılması üçün  hava-desant diviziyalarının tərkibinə iki alay yox (hazırda olduğu kimi), üç alay daxil etmək planlaşdırılır.   

Mənbə : Lent.az

Rusiyada xüsusi qoşun yaradılır