İçeriğe geçmek için "Enter"a basın

Malta Bakıya 59 idmançı ile gelir

31-05-2015


31.05.2015 / 10:21 xeber –

Malta “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.

“Bakı-2015” Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: “İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır”.

“Bakı-2015”-in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib.

 

Mənbə : Lent.az

Malta Bakıya 59 idmançı ile gelir