İçeriğe geçmek için "Enter"a basın

Zelzele oldu – 8,5 BAL

31-05-2015


31.05.2015 / 11:21 xeber –

Sakit okeandakı Oqasavara adaları rayonunda mayın 30-da axşam baş vermiş güclü yeraltı təkanlar Yaponiyanin paytaxtı Tokioda və paytaxta yaxın rayonlarda da hiss olunub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata görə, 8,5 bal gücündə zəlzələ yerli vaxtla saat 20:24 dəqiqədə baş verib. Zəlzələnin ocağı Sakit okeanda Oqasavara adaları rayonunda 590 kilometr dərinlikdə olub.

 

Yaponiyanın yeddi ballıq sistemi üzrə beş bal gücündə zəlzələ Oqasavara adalar qrupuna daxil olan Hahacima adasında və Kanaqava prefekturasının bəzi rayonlarında hiss edilib.

 

Bir baldan üç baladək yeraltı təkanlar isə Yaponiyanın bütün ərazisini – şimaldakı Hokkaydo adasından başlamış cənub-qərbdəki Okinava prefekturasınadək ərazini əhatə edib.

Mənbə : Lent.az

Zelzele oldu – 8,5 BAL