İçeriğe geçmek için "Enter"a basın

Oğul atasının meyitini çaydan çıxardı – QAXDA

31-05-2015


31.05.2015 / 12:14 xeber –

Qax sakini çayda boğulub.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Azərbaycanın Gürcüstanla sərhədində, Qax rayonu Calayır kənd inzibati ərazisinin yaxınlığında Alazan çayında baş verib.

 

Rayonun Turaclı kənd sakini Qəzənfər adlı şəxs hələlik məlum olmayan səbəbdən Alazan çayına düşərək boğulub.

 

Boğulan şəxsin arıçılıqla məşğul olduğu, onun meyitinin oğlu tərəfindən sudan çıxarıldığı  bildirilir.

 

Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Mənbə : Lent.az

Oğul atasının meyitini çaydan çıxardı – QAXDA