İçeriğe geçmek için "Enter"a basın

Yanan binanın temir eden şirket deyişdirildi

31-05-2015


31.05.2015 / 12:54 xeber –

Xətaidə yanan binanın sakinləri Binəqədidəki zərərçəkənlərə verilən kompensasiyanın onlara da şamil edilməsini istəyir

Aprelin 10-da Xətai rayonu Zığ yolu 16 ünvanında yanan 9 mərtəbəli binanı təmir edən şirkət dəyişdirilib. Lent.az-ın məlumatına görə, bu barədə Xətai RİH-in başçısı Razim Məmmədov bildirib. Belə ki, sakinlər məlum yanğın hadisəsindən sonra binalarında aparılan təmir işlərinin keyfiyyətindən narazılıqlarını bildirmişlər. Eyni zamanda  Binəqədi rayonunda baş vermiş yanğın ilə əlaqədar sakinlərə ayrılmış kompensasiyanın onlara da şamil olunmasını xahiş ediblər.

 

Bir qrup zərərçəkəni qəbul edən icra başçısı onların qaldırdıqları bu məsələlərlə bağlı əlaqədar təşkilatlar qarşısında vəsatət qaldırıldığını deyib. O, əlavə edib ki, artıq təmir işləri digər bir şirkətə həvalə edilib. Həmçinin sakinlərin diqqətinə çatdırılıb ki, bütün bu məsələlər dövlət başçısının və rayon icra hakimiyyətinin birbaşa nəzarəti altındadır.

Mənbə : Lent.az

Yanan binanın temir eden şirket deyişdirildi