İçeriğe geçmek için "Enter"a basın

28 yaşlı oğlanın meyiti tapıldı

31-05-2015


31.05.2015 / 12:57 xeber –

Dünən İmişli rayonu ərazisində Araz çayında batan şəxsin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Araz çayının Xubyarlı kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 70 km aralı) batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb. E.Məmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 30 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 11:03-də başa çatıb.

Mənbə : Lent.az

28 yaşlı oğlanın meyiti tapıldı