İçeriğe geçmek için "Enter"a basın

Kaladze: "ABŞ Gürcüstanın enerji sektoruna 640 milyon dollar investisiya qoyacaq"

31-05-2015


31.05.2015 / 14:15 xeber –

2015-ci ildə ABŞ Gürcüstanın enerji sektoruna təxminən 640 milyon dollar investisiya qoyacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze“Rustavi-2” televiziyasına müsahibəsində bildirib.

 

Gürcüstanın Energetika Nazirliyi bu il nəzərdə tutulan investisiyadan 300 milyon ABŞ dolların Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə sərf olunacağını da planlaşdırıb.

 

K. Kaladze Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunun Şahdəniz yatağından başlayan və Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinədək qaz nəql edəcək boru kəmərinin ikinci mərhələdə genişləndiriləcəyini bildirib: "Bu layihənin genişləndirilməsi Xəzər dənizindən Avropaya qazın ötürülməsində Cənub Dəhlizi Qaz Boru Kəməri ilə ilk əlaqə yaradacaq və bu ilk şəbəkə olacaq. Bu boru kəmərinin tikintisi 2018-ci ildə sona çatacaq."

Mənbə : Lent.az

Kaladze: "ABŞ Gürcüstanın enerji sektoruna 640 milyon dollar investisiya qoyacaq"