İçeriğe geçmek için "Enter"a basın

Fermada güclü yanğın: heyvanlar xilas edildi

31-05-2015


31.05.2015 / 14:20 xeber –

Qax rayonunda güclü yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Tanqıt kəndində (rayon mərkəzindən 24 km aralı) ümümi sahəsi 700 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 245 kv.m olan birmərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyalari 185 kv.m sahədə yanıb. Yanğın zamanı fermada olan 10 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub. Həmçinin yaşayış binasının qalan hissəsi, digər bitişik tikililər və yaxınlıqda açıq sahəyə yığılmış ot bağlamaları mühafizə olunub. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mənbə : Lent.az

Fermada güclü yanğın: heyvanlar xilas edildi