İçeriğe geçmek için "Enter"a basın

İkimertebeli sernişin qatarı BAKIDA – YENİLƏNİB

31-05-2015


31.05.2015 / 16:16 xeber –

“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarından biri bu gecə Bakıya gətirilib. Fins.az-ın məlumatına görə, yeni qatar hazırda Bakı Dəmir Yolu Vağzalındadır. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Digər 4 qatardan biri bu ay, qalan 3-ü isə gələn ilin yanvar ayına qədər Azərbaycana gətiriləcək. Qatarların alınması üzrə saziş bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində imzalanıb.

 

 

“““

 

13:16

 

Sosial şəbəkələrdə “Azərbaycan Dəmir Yolları” və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış müqavilə əsasında alınmış və hazırda Azərbaycana göndərilən qatarların fotoşəkilləri yayılıb. Lent.az oxu.az-a istinadən xəbər verir ki, görüntülərə əsasən Azərbaycana yola salınmış qatarların hazırda Rusiya ərazisi ilə hərəkət etdiyini söyləmək olar.

 

Gümüşü rəngli qatarların üzərində artıq “Azərbaycan Dəmir Yollarının” loqosu (ADY) vurulub.

 

Qeyd edək ki, yeni qatarlar ilk olaraq “Koroğlu” metrosu ilə Bakı sərnişin vağzalı arasında işləyəcək. Daha sonra bu qatarlar Sumqayıt yolunda da istifadə olunacaq. Yeni qatar Bak-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək.

 

Ümumilikdə KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb. İlk 2 qatar iyun ayında Azərbaycana gətiriləcək. Digər üç qatarın isə 2016-cı ilin yanvarınadək ölkəyə gətirilməsi nəzərdə tutulub.

Mənbə : Lent.az

İkimertebeli sernişin qatarı BAKIDA – YENİLƏNİB