İçeriğe geçmek için "Enter"a basın

Con Kerri qezaya düşdü

31-05-2015


31.05.2015 / 17:03 xeber –

ABŞ-ın Dövlət Departamentinin katibi Con Kerri Fransanın İsveçrə sərhədinin 40 kilometrliyində yerləşən Syünze şəhərində velosiped qəzasına düşüb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, insident nəticəsində Kerri ayağından zədələnib.

 

Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "Geneva University Hospital" xəstəxanasına çatdırılıb. Onun Cenevrədə yerləşən xəstəxanaya aparılması üçün helikopter tələb olunub. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib.

 

ABŞ Xarici İşlər nazirliyinin rəsmisi verdiyi açıqlamasında Kerrinin huşunun özündə olduğunu, ayağından xəsarət aldığını deyib.

 

Con Kerri İranın xarici işlər naziri ilə nüvə silahları probleminin müzakirəsi üçün Cenevrədə idi. Onun İspan kralı ilə görüşmək üçün axşam Madridə getməsi planlaşdırılırdı.

 

Kerri bundan sonra İŞİD terrorunun müzakirəsi üçün Parisdə keçirilən konfransda iştirak etməli idi.

 

Diplomatik səfərlərində velosipeddən istifadə etməyi xoşlayan Kerri çox vaxt velosipedini də səyahət edəcəyi təyyarədə özü ilə aparır.

Mənbə : Lent.az

Con Kerri qezaya düşdü