İçeriğe geçmek için "Enter"a basın

Bakıda özünü binadan atmaq isteyen şexs xilas edildi

31-05-2015


31.05.2015 / 19:49 xeber –

Bakıda intihara cəhdin qarşısı alınıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadfən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş çoxmərtəbəli binanın 5-ci mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:59-da başa çatıb.

Mənbə : Lent.az

Bakıda özünü binadan atmaq isteyen şexs xilas edildi