İçeriğe geçmek için "Enter"a basın

Bakıda sökülen villaların yerinde ağac ekildi

31-05-2015


31.05.2015 / 22:19 xeber –

İməclikdə Bakı meri Hacıbala Abutalıbov da iştirak edib

 

Prezident İlham Əliyevin tapşırığı ilə “Dostluq” parkında sökülən villaların yerində ağacəkmə kampaniyası keçirilir.

 

 

ANS TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi iməcilikdə Bakı meri Hacıbala Abutalıbov özü də iştirak edib.

 

Bu parkda bəzi villalar sökülüb, yerində isə müxtəlif şam ağacları əkilib. Ağacəkmə kampaniyasında 2 mindən çox insan iştirak edib və kampaniya çərçivəsində 10 min ağac əkilib. Amma villaların hamısı hələ ki, sökülməyib. Söküntü bundan sonra da davam edəcək.

 

Merin sözlərinə görə, indiyə qədər 42 villa sökülüb. Onların sahibləri isə hələ də üzə çıxmır. Amma bu, ilk belə hal deyil:

 

“Nəsimi rayon ərazisində yaşıllıq məhv edilmişdi. Təəssüf ki, bunu edənlər vəzifəli şəxslər olmuşdu. Və biz bunları tamamilə ləğv etdik. İndi oranı yaşıllıqlar, istirahət mərkəzinə çevirmişik. Hazırda insanlar orada yüksək bir səviyyədə istirahət edirlər.

 

 

Bundan başqa, Xətai rayonunda qanunsuz olaraq özəlləşdirilmiş gözəl bir yaşıllıq zonası vardı. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məlumat daxil oldu. Dərhal da bütün orqan – idarə və təşkilatların birgə köməyi ilə orda aparılan tikinti işlərinı tamamilə dayandırdıq, eləcə də sərəncamları, özəlləşməni ləğv etdik. Artıq oranı gözəl bir parka çevirmişik”.

 

Mənbə : Lent.az

Bakıda sökülen villaların yerinde ağac ekildi