İçeriğe geçmek için "Enter"a basın

Gürcüstandakı 23 məscid haqqında qərar

17-12-2014

gurcustanmescid

Gürcüstanda yer alan 23 məscid haqqında Gürcüstan və Azerbaycanın nümayəndələri arasında görüş keçirilib. Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyi Kvemo Kartli bölgəsində yerləşən və dövlət balansında olan 23 məscidi ölkənin Müsəlmanlar İdarəsinin səlahiyyətinə verəcək. Bu barədə Agentliyin rəhbəri Zaza Vaşakmadze bildirib.
Onun dediklərinə görə, Dini məsələlər üzrə Dövlət Agentliyinə əmlakın yenidən qeydiyyata alınmasına dair icazə verilib. Növbəti görüşdə yerdə qalan məscidlərin taleyinin müzakirə olunacağı planlaşdırılır.
Hazırda Agentlikdə Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri ilə görüş keçirilir.
Xatırladaq ki, Kvemo Kartli bölgəsində 500 000-ə yaxın azərbaycanlı yaşayır.
Bölgədə yaşayan azərbaycanlıların ən başta vətəndaşlıq olmaq üzərə birçox problemi mövcuddur.
Gürcüstandakı 23 məscid haqqında qərar