İçeriğe geçmek için "Enter"a basın

“Chevron” və “Total” Meksika körfəzində neft yatağı kəşf edib

31-01-2018

[r32]

31 Yanvar, 2018  10:44 xeber – ABŞ-ın “Chevron” və Fransanın “Total” şirkətləri Meksika körfəzinin ABŞ hissəsində “Bollimor” (“Ballymore”) strukturunda neft ehtiyatları aşkar edib.
“Report” xəbər verir ki, bu barədə “Chevron” məlumat yayıb.
“Bollimor” Meksika körfəzinin Missisipi kanyonu ərazisində “Chevron”un “Blind Feyt” (“Blind Faith”)  platformasından təxminən 3 mil məsafədə, suyun 6 536 fut dərinliyində yerləşir.
“Chevron” şirkəti “Bollimor” strukturunda 60% payla operatordur, “Total” isə 40% paya sahibdir.

mənbə :
Report.az

“Chevron” ve “Total” Meksika korfezinde neft yatagi kesf edib