İçeriğe geçmek için "Enter"a basın

Direktor: Bu il Azərbaycanda 10 talassemiyalı xəstəyə sümük iliyi köçürüləcək

31-01-2018

[r32]

31 Yanvar, 2018  10:56 xeber – “Hazırda Azərbaycanda 1 milyondan çox talassemiya daşıyıcısı var. Məhz daşıyıcıların ailə qurması ilə bağlı talassemiya xəstələrinin sayında son illərə qədər artım müşahidə olunub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 3000-dən çox irsi qan xəstəsi, o cümlədən talassemiya xəstələri qeydiyyatdadır: “Nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində daşıyıcı körpələrin doğulması halları azalıb”.
V.Hüseynov qeyd edib ki, bu sahədə əldə olunan nailiyyətlər nəticəsində talassemiyalı xəstələrin ömrü uzanır: “Hazırda xəstələrin böyük əksəriyyəti 20 yaşdan yuxarı hesab olunurlar. Yeni doğulanları da nəzərə alaraq Mərkəzdə hazırda 18 yaşa qədər qeydiyyatda olan təxminən 1000-ə yaxın xəstə var”.
Mərkəzin direktoru əlavə edib ki, bu xəstəlik miqrasiya ilə əlaqədar qərb ölkələrinə doğru gedir: “Daşıyıcıların respublika üzrə artdığını nəzərə alaraq, konkret olaraq hansısa bölgəmiz bölmək düzgün olmazdı. Hər bölgədə və qohum olmayan cütlüklər ailə qururlar. Daşıyıcıların da xəstə körpələri doğula bilər”.
“2013- cü ildən bu günə qədər Mərkəzdə 55 xəstələr üzərində sümük iliyinin transplantasiyası əməliyyatı icra olunub. Onların əksəriyyəti irsi qan və talassemiyalı xəstələri olub. Xəstələrin təxminən 43-45 nəfəri məhz talassemiya xəstələri idi. Bu ilin sonuna 10 talassemiya xəstəninə bu əməliyyatdan olması planlaşdırılır”- deyə V.Hüseynov vurğulayıb.

mənbə :
Report.az

Direktor: Bu il Azerbaycanda 10 talassemiyali xesteye sumuk iliyi kocurulecek