İçeriğe geçmek için "Enter"a basın

Qoşqar Təhməzli: 'Hüquqi baza yaradılandan sonra Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq'

31-01-2018

[r32]

31 Yanvar, 2018  11:43 xeber – Müvafiq qanunvericilik bazası tam formalaşandan sonra hüquqi baza yaradılacaq və Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətə başlayacaq.
“Report” xəbər verir ki, bunu qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla Bakıda keçirilən görüşdə Agentliyin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzlinin sözlərinə görə, hazırda Agentliyin maddi-texniki bazası formalaşdırılır: “Qida təhlükəsizliyi ilə bağlı ayrıca qanun olmadığı üçün baytarlıq, sanitariya və başqa bu tipli qanunlara uyğumlaşdırmalar aparılacaq. Bir neçə aya hüquqi baza yaranandan sonra Agentlik tam işə başlayacaq. Agenlik dələduzluq edən qurumlarla sahibkarlar arasında sərhəd çəkəcək”.
Q.Təhməzli deyib ki, qurumun əsas iş prinsipləri Agentlik və Avropa İttifaqının ekspertləri tərəfindən işlənib hazırlanır.

mənbə :
Report.az

Qosqar Tehmezli: 'Huquqi baza yaradilandan sonra Qida Tehlukesizliyi Agentliyi tam fealiyyete baslayacaq'