[r32]
31 Yanvar, 2018 12:29 xeber – Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Rustam İnoyatov vəzifədən azad edilib.
“Report” xəbər verir ki, bunu Özbəkistan parlamentinin qəzeti yazıb.
Qeyd edək ki, o, 1944-cü il iyunun 22-də Özbəkistanın Surxandarin vilayətinin Şerabad rayonunda anadan olub. 1970-ci ildən xüsusi xidmət orqanlarında işləyib. 1995-ci il iyunun 7-də Milli Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Onu Özbəkistan siyasətinin “boz kardinalı” adlandırırdılar.
mənbə :
Report.az