İçeriğe geçmek için "Enter"a basın

Rusiyada Azərbaycan vətəndaşının da daxil olduğu mütəşəkkil cinayətkar qruplaşma üzrə cinayət işinin istintaqı başa çatıb

31-01-2018

[r32]

31 Yanvar, 2018  14:37 xeber – Rusiyanın Samara vilayətinin müstəntiqləri Azərbaycan vətəndaşı Şövqi Şərifovun da daxil olduğu mütəşəkkil cinayətkar qruplaşmanın 4 üzvünə qarşı cinayət işinin istintaqını başa çatdırıbkar.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, onlar qruplaşmadakı rollarından asılı olaraq mütəşəkkil dəstə yaratmaqda, dəstədə iştirak etməkdə, quldurluqda, adam qaçırmaqda, qəsbetmədə ittiham olunurlar.
İstintaqın versiyasına görə, 2016-cı ilin sentyabr ayında təqsirləndirilən şəxslərdən biri Samarada eyniadlı vilayətin üç sakini və Azərbaycan vətəndaşından ibarət cinayətkar dəstə yaradıb.
2016-cı ilin 5-18 sentyabr tarixləri ərzində Samarada narkotik alveri ilə məşğul olan dəstə üzvləri vətəndaşlara qarşı azı 7 silahlı hücum ediblər. Hücumlar əsnasında dəstə üzvləri zorla, silahdan istifadə edərək qurbanların əmlakını, pullarını və avtomobillərini oğurlayıblar.
Dəstənin bütün üzvləri polis tərəfindən saxlanılıb, həbs edilib. Cinayət işi açılıb.

mənbə :
Report.az

Rusiyada Azerbaycan vetendasinin da daxil oldugu mutesekkil cinayetkar qruplasma uzre cinayet isinin istintaqi basa catib