İçeriğe geçmek için "Enter"a basın

SOCAR Ukrayna Dəmiryolları üçün 20 min ton dizel yanacağı tədarük edəcək

31-01-2018

[r32]

31 Yanvar, 2018  14:56 xeber – “SOCAR Ukraine” şirkəti “Ukrzaliznytsia” (Ukrayna Dəmiryolları) üçün 20 min ton həcmində dizel yanacağı tədarük edəcək.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” bir ton dizel yanacağı üçün 28 450 qrivna təklif edərək 2 tenderin qalibi olub.
Qeyd edək ki, “Ukrzaliznytsia” ənənəvi prosedurlarla ümumilikdə 50 min ton dizel yanacağı üçün 5 tender keçirib.
Xatırladaqki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Bu ilin iyun ayına olan məlumata görə, Ukraynada 4 neft bazası və 61 yanacaqdoldurma məntəqəsi SOCAR brendi altında fəaliyyət göstərir.

mənbə :
Report.az

SOCAR Ukrayna Demiryollari ucun 20 min ton dizel yanacagi tedaruk edecek