İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan və Meksika nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirir

31-01-2018

[r32]

31 Yanvar, 2018  15:43 xeber – Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini yanvarın 31-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşüb.
Səfirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı tərəflər bu sahələr üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Nazir nəqliyyat sektorunda yeniliklər və həyata keçirilmiş son layihələr haqqında ümumi panoramanı təqdim edib, eyni zamanda onların tək ölkə üçün deyil, bütün region üçün əhəmiyyətli olduğunu qeyd edib. Bundan əlavə, o, kosmik və İKT sahələrində əldə olunan nailiyyətləri vurğulayıb.
Səfir R.Labardini, öz növbəsində, Meksikada rabitə və yüksək texnologiyaların inkişafı, eyni zamanda nəqliyyatın müasirləşmiş şəbəkəsindən danışıb. Bu baxımdan, o, iki okeana – Sakit və Atlantik okeanlarına çıxışı olduğu üçün Meksikanın dəniz limanlarının əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, Meksika liman sisteminin məqsədi illik 260 milyon tondan 520 milyon tona və daha artıq rəqəmə keçmək üçün əməliyyat qabiliyyətini ikiqat artırmaqdır.
Tərəflər həmçinin hər iki ölkədə internet istifadəsi və hava əlaqəsi haqqında fikir mübadiləsi aparıblar. 

mənbə :
Report.az

Azerbaycan ve Meksika neqliyyat, rabite ve yuksek texnologiyalar sahesinde emekdasligi guclendirir