İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan karateçiləri Avropa çempionatına yollanıb

31-01-2018

[r32]

31 Yanvar, 2018  16:22 xeber – Azərbaycanın yeniyetmə və gənc karateçilərdən ibarət yığma komandaları fevralın 2-də Rusiyanın Soçi şəhərində start götürəcək Avropa çempionatına yollanıb. 
Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, üç gün davam edəcək yarışa 27 idmançı qatılıb. Onlardan Fərid Ağayev (52 kq), Əminağa Əliyev (57 kq), Tale Yaqubov (63 kq), Polina Hurenko (47 kq), Fidan Dadaşova (47 kq) və Ayla Rzazadə (+54 kq), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) 14-15 yaşlı yeniyetmələr arasında döyüşəcək.
16-17 yaşlı gənclərin yarışında Müseib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Məhəmməd Məmmədov (68 kq), Fərid Şahbazlı (76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (48 kq), Renata Ərəbli (53 kq), Səma İmanzadə (59 kq), Bəsti İsmayılova (+59 kq) və Ceyhun İismayılov (kata), 18-20 yaşlı gənclərdə isə Ülvi Qurbanov (60 kq), Hüseyn Əliyev (67 kq), Ruslan Əhmədov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq), Fəridə Əliyeva (+67 kq) və Roman Heydərov (kata) mübarizə aparacaq.
Soçidə 14 – 18 yaşlı yeniyetmə və gənclər arasında 45-ci, 18-21 yaşlı gənclə arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək. 
Qeyd edək ki, federasiya prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə Baş katib MirHəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayvazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynəlxalq hakim Cahangir Babayev və mətbuat katibi Sənan Məhərrəmov da yer alıb.

mənbə :
Report.az

Azerbaycan karatecileri Avropa cempionatina yollanib