İçeriğe geçmek için "Enter"a basın

Mahir Məmmədov: 'Gürcüstan Şahmat Olimpiadasının öhdəsindən gələcək'

31-01-2018

[r32]

31 Yanvar, 2018  18:11 xeber – “Bu ilin sentyabrında Gürcüstanın Batumi şəhərində 43-cü Ümundünya Şahmat Olimpiadasında 160-dan çox ölkədən 600-ə yaxın idmançı iştirak edəcək. Təşkilat komitəsi oyunların yüksək səviyyədə keçirilməsi üçün səylə çalışır”.
Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, “Odlar Yurdu” şahmat klubunun rəhbəri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov söyləyib.
Onun sözlərinə görə, Şahmat Olimpiadasının təşkili ilə bağlı Gürcüstan tərəfinin üzərinə böyük vəzifə düşür: “Oyunların keçirilməsinə 8 aya yaxın vaxt qalıb. Amma təşkilati işlərdə bəzi problemlər var. Oyunların təşkili üçün yeni binaların tikintisi nəzərdə tutulub. Ümid edirik ki, Gürcüstan hökuməti bunun öhdəsindən gələcək və yarışın təşkilində heç bir problem yaşanmayacaq”.
Qeyd edək ki, M.Məmmədov Gürcüstan Şahmat Federasiyasının prezidenti Qia Qiorgadze və şahmat üzrə Avropa çempionu Nana Dzaqnidze ilə görüşüb. O, bu görüşdə idmanın inkişafı, idmançılara qayğı, Şahmat Olimpiadasının keçirilməsinə hazırlıq və s. məsələlər müzakirə olunub. M.Məmmədov SOCAR-ın Batumidə keçiriləcək Şahmat Olimpiadasına da dəstək verəcəyini bildirib.

mənbə :
Report.az

Mahir Memmedov: 'Gurcustan Sahmat Olimpiadasinin ohdesinden gelecek'