İçeriğe geçmek için "Enter"a basın

Şəhriyar Məmmədyarov FİDE reytinqində ikinci pilləyə yüksəlib

31-01-2018

[r32]

31 Yanvar, 2018  18:40 xeber – Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb. “Report”un məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.
33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir. 

mənbə :
Report.az

Sehriyar Memmedyarov FİDE reytinqinde ikinci pilleye yukselib