İçeriğe geçmek için "Enter"a basın

Mingəçevirdə zəncirvari yol qazası baş verib

31-01-2018

[r32]

31 Yanvar, 2018  18:59 xeber – Mingəçevirdə 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə az öncə şəhərin Səməd Vurğun küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində,Polis şöbəsinin qarşısında qeydə alınıb.
Belə ki, “Nissan”, “KİA” və “VAZ 21011 “ markalı avtomobillərin toqquşması nəticəsində zəncirvari qəza baş verib.Avtomobillərə ciddi ziyan dəyib,hadisə yerinə çağırılan təcili yardım xidməti xəsarət aldığı güman edilən yaralılara yerindəcə tibbi yardım göstərib.Hansı bir yaralınınsa xəstəxanaya götürülüb-götürülmədiyi hələ ki,məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az

Mingecevirde zencirvari yol qazasi bas verib