İçeriğe geçmek için "Enter"a basın

Amerikalı konqresmenlərin olduğu qatar yük maşını ilə toqquşub

31-01-2018

[r32]

31 Yanvar, 2018  21:49 xeber – ABŞ Konqresi üzvlərinin olduğu qatar Qərbi Virciniyada yük maşını ilə toqquşub.
“Report” xəbər verir ki, bunu sərnişinlərdən biri, respublikaçı Bredli Birn öz “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, qatarda respublikaçılar qanadının nümayəndələri olub və onlar səfər tədbirinə gedirlərmiş. Birn onların sayını deməyib.
“Təhlükəsizlik xidməti və həkimlər hadisə yerinə gəliblər. Xəsarət alanlara yardım göstərilir və onların təhlükəsizliyi təmin edilir”, — deyə o yazıb.

mənbə :
Report.az

Amerikali konqresmenlerin oldugu qatar yuk masini ile toqqusub