İçeriğe geçmek için "Enter"a basın

İcra başçısı prezidentin müşavirəsində yatdı – “Mən də adamam, yata bilmərəm?”

31-01-2018


[r32]
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun prezident İlham Əliyevin keçirdiyi son müşavirədə yuxuya getdiyini əks etdirən fotolar yayılıb.

B.Səfərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, bu cür məqamlarla ona qarşı ucuz şou kampaniyası aparmaq doğru hərəkət deyil: “Tutalım ki, müşavirədə lap yatmışam. Burada nə var? Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm? Mən də insanam, yorula və yata bilərəm. Bundan ucuz şou yaratmaq doğru deyil”.

B.Səfərov “Report”a açıqlamasında isə deyib ki, müşavirədə yatması haqqında məlumatlar həqiqəti əks etdirmir: “O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”
***

Prezident İlham Əliyevin rəhbərliyi ilə yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov yatıb.

Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.

Həmin an kameralara tuş gəlib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Unikal.org-a istinadla həmin görüntünü təqdim edirik.

İcra başçısı prezidentin müşavirəsində yatdı – “Mən də adamam, yata bilmərəm?”