İçeriğe geçmek için "Enter"a basın

Rusiyada təyyarə qəzası – 71 nəfər öldü – Foto + VİDEO (Yenilənib)

11-02-2018

[r32]
Rusiyada təyyarə qəzasında bir azərbaycanlı biznesmen də ölüb
Bu gün Rusiyada təyyarə qəzasında həyatını itirən sərnişinlərin siyahısı dərc edilib. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.
Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun azərbaycanlı olduğu təsdiqlənib. Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.
N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət ilə məşğul olmağa başlayıb. Rusiya vətəndaşı olan N. Qəhrəmanovun tikiş sexi olub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın “Domodedovo” hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

***

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan “An-148″ təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.

***

Moskvanın “Domodedovo” aeroportundan havaya qalxan “An-148″ sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib. APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib. Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisinə düşüb.

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

Rusiyanın “Saratov Hava Yolları” aviaşirkətinə məxsus “Ан-148″ tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.

Rusiyada təyyarə qəzası – 71 nəfər öldü – Foto + VİDEO (Yenilənib)