İçeriğe geçmek için "Enter"a basın

Britaniyada partlayış baş verib, xəsarət alanlar var - VİDEO - FOTO - YENİLƏNİB

26-02-2018

[r32]

26 Fevral, 2018  02:08 xeber – Britaniyanın Lester şəhərində ərzaq mağazasında baş vermiş partlayış zamanı 4 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “BreakingNNow”in “Twitter”ində məlumat verilib.
Tibb müəssisəsindən 4 nəfərin xəsarət aldığını təsdiqləyiblər. Onların kritik vəziyyətdə olduğu bildirilir.
Qeyd edək ki, Lester şəhərindəki ərzaq mağazalarından birində partlayış olub. Nəticədə ikimərtəbəli bina dağılıb.
Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

***00:35
Britaniyanın Lester şəhərində güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” yerli polisə istinadən məlumat yayıb.

“Saat 19:19-da Lester şəhərində, Hinkli-roudda güclü partlayış olub. Bütün xilasetmə xidməti hadisə yerində işləyir. Karlaysl-strit və Hinkli-rioudun bir hissəsi bağlanılıb. Xahiş edirik hadisə yerindən uzaq olun”, – deyə məlumatda bildirilir.

Təfərrüatlar açıqlanmır. Xəsarət alanlar barədə məlumat yoxdur. 



mənbə :
Report.az

Britaniyada partlayis bas verib, xesaret alanlar var – VİDEO – FOTO – YENİLENİB