İçeriğe geçmek için "Enter"a basın

Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi qəza siqnalı verib

08-03-2018

[r32]

8 Mart, 2018  21:16 xeber – Baltik dənizində, İsveçin Qotland adası yaxınlığında yük gəmisi qəza siqnalı verib.
“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, Finlandiyanın buzqıran “Nordica” gəmisi, xilasedici vertolyotu və sahil mühafizəsinin patrul gəmisi Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıblar. Mənbə bildirib ki, hadisə zamanı gəminin içində 22 nəfər olub. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Gəmi Peterburq istiqamətində, Panama bayrağı ilə üzürmüş. 

mənbə :
Report.az

Baltik denizinde icinde 22 neferin oldugu yuk gemisi qeza siqnali verdi