İçeriğe geçmek için "Enter"a basın

Tramp KXDR lideri ilə görüşə razılıq verib - YENİLƏNİB

09-03-2018

[r32]

9 Mart, 2018  04:20 xeber – ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla görüşə razılıq verib.
“Report” xəbər verir ki, bu barədə “ABC” telekanalı Cənubi Koreya nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp Kim Çen Inla 2018-ci ilin mayına qədər görüşmək niyyətindədir. Bu halda Seulun nümayəndəsi bildirib ki, Şimali Koreya lideri ABŞ-ın onun müttəfiqlərinin plan təlimlərinin davam etməli olduğunu anlayılr. 

***03:47
Şimali Koreya ilə danışıqlardan sonra Vaşinqtona gedən Cənubi Koreyanın nümayəndə heyəti KXDR lideri Kim Çen Inın məktubunu ABŞ prezidenti Donald Trampa çatdırıblar.
“Report” xəbər verir ki, bu barədə “CNN” telekanalı xarici diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Cənubi Koreyanın nümayəndə heyəti Şimali Koreya lideri Kim Çen Inın məktubunu prezident Tarmpa təqdim ediblər”, – deyə telekanal bildirib. Qeyd edək ki, Cənubi Koreya və ABŞ nümayəndələri bügünkü görüşlə bağlı rəsmi bəyanat yayacaqlar.
“Fox News” isə ABŞ-ın yüksək vəzifəli şəxsinə istinadən bildirib ki, Kim Çen In Trampa təkbətək görüş təklif edib. Yüksək vəzifəli məmura istinadən yayılan məlumata görə, Cənubi Koreya nümayəndələri Kim Çen Inın ABŞ prezidenti Donald Trampı görüşə dəvət edəcəyini elan edəcəklər. 

mənbə :
Report.az

Donald Tramp KXDR lideri ile goruse raziliq verib – YENİLENİB