İçeriğe geçmek için "Enter"a basın

Lənkəranda dəhşətli qəza: Bir maşında 5 nəfər öldü

31-03-2018

[r32]
2018-03-31T18:50 xeber – Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, qəza Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Shacman” markalı yük maşını ilə “VAZ-21015” və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb.
Ölənlərin hamısı “Mitsubishi”də olublar. Ölənlərdən 2-si kişi, 3-ü qadındır.
Bir yaralı uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik

Lenkeranda dehsetli qeza: Bir masinda 5 nefer oldu