İçeriğe geçmek için "Enter"a basın

Kasparovdan Rusiya əleyhinə çağırış: “Boykot edin”

31-03-2018

[r32]
2018-03-31T20:59 xeber – Şahmat üzrə 13-cü dünya çempionu, əslən bakılı olan Harri Kasparov 2018-ci ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Almaniyada çıxan “Frankfurter Allgemeine Zeitung” qəzetində yazıb.
Kasparov iddia edib ki, adətən iri turnirlərin final mərhələsi keçiriləndə, belə boykotların əleyhinə çıxır: “Çünki bu halda ancaq idmançılar cəzalanırlar. Amma mən Moskvadakı siyasi rejimi  və onların düşmən əməllərini siyasi cəhətdən boykot etməyə çağırıram”.
O, “düşmən əməl” dedikdə, Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsini aid etdiyini bildirib.
Qeyd edək ki, İngiltərə siyasi boykota əl ataraq dünya çempionatında iştirak edəcək nümayəndə heyətinin səviyyəsini aşağı salıb. Boykota İslandiya hökuməti də qoşulub və Rusiyaya nümayəndə heyəti göndərməkdən imtina edib. Polşa prezidenti Anjey Duda da açılış mərasimində iştirak etməmək qərarına gəlib. İsveç və Danimarka da boykot qərarını nəzərdən keçirir.
Qeyd edək ki, dünya çempionatı 14 iyundan 15 iyula qədər Rusiyanın 11 şəhərində keçiriləcək.
mənbə :
Sputnik

Kasparovdan Rusiya eleyhine cagiris: “Boykot edin”