İçeriğe geçmek için "Enter"a basın

Lənkərandakı dəhşətli qəza ilə bağlı FHN-nin məlumatı

31-03-2018

[r32]
xeber –

Fövqəladə Hallar Nazirliyi Lənkəranda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Gərmətürk kəndində "Ford" markalı yük və "Mitsubishi" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

 



mənbə :
Lent.az

Lenkerandaki dehsetli qeza ile bagli FHN-nin melumati