İçeriğe geçmek için "Enter"a basın

Həmin o Baqdasaryan yenə tutuldu

31-03-2018

[r32]
2018-03-31T23:06 xeber – Ömürlük avtomobil sürmək hüququndan məhrum edilən erməni stritreyserşa Mari Baqdasaryan Moskvada yenidən sükan arxasında tutulub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildiriblər.
Martın 31-nə keçən gecə Leninqrad prospektində “Mercedes” markalı avtomobil saxlanılıb. Sükan arxasında olan qadının barəsində inzibati qaydada protokol tərtib edilib.
©
Flickr/ dominicsicoli”Gelandewagen”in “avtoş” sahibi məşhur modelin sevgilisi imiş
Mənbə bildirib ki, sənədlərin yoxlanılması zamanı 24 yaşlı qadın sürücülük vəsiqəsini təqdim etməyib: “Bazada aparılan yoxlama zamanı müəyyən olunub ki, onun avtomobil sürmək hüququ yoxdur”.
2017-ci ilin martında məhkəmə epilepsiya səbəbindən Baqdasaryanı ömürlük sürücülük hüququndan məhrum edib. Bundan əlavə, o, saxta tibbi arayış təqdim etdiyinə görə 1 il müddətinə islah işlərinə cəlb edilib. Baqdasaryan saxta sənəd təqdim edərək məsuliyyətdən yayınmaq istəyirmiş.
Elə hımin ilin iyulunda onu Moskvada sükan arxasında saxlayıblar. Vəkili isə iddia edib ki, guya qadın maşını sadəcə park etmək istəyirmiş və polislər onu saxlayanda avtomobili yerindən tərpətməyibmiş. Məhkəmə onu 15 min rubl məbləğində cərimə edib.
Sonuncu dəfə onu noyabrda sükan arxasında tutublar. Məhkəmə yenə də 15 min rubl cərimə kəsib.
Mari Baqdasaryan Moskvadakı qalmaqallı “Mercedes-Benz Gelendewagen” işi zamanı məşhurluq qazanıb. O zaman “Lukoyl” şirkəti rəhbərinin müavinin oğlu Ruslan Şamsuvarov yolda qanunsuz yarış keçirib. O zaman sərnişin oturacağında olan Baqdasaryan işdə şahid qismində dindirilib.
mənbə :
Sputnik

Hemin o Baqdasaryan yene tutuldu