İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev Lüksemburq hersoqunu təbrik edib

22-06-2015


22.06.2015 / 18:39 xeber –

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anrini  ölkənin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə təbrik edib.

Lent.az-n AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".

 

Mənbə : Lent.az

Prezident İlham Əliyev Lüksemburq hersoqunu tebrik edib