İçeriğe geçmek için "Enter"a basın

Aparat əməkdaşları Xədicə İsmayılla görüş keçiriblər

17-12-2014

xediceismayilAlunan məlumata görə, Ombudsman Aparatının əməkdaşları həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüblər.

Bu haqda AzadlıqRadiosuna dekabrın 17-də onunla görüşən vəkil Yalçın İmanov məlumat verib. Vəkilin dediyinə görə, Xədicə İsmayıl saxlanma şəraitindən narazı deyil:

«Aparat əməkdaşları onun kamerasına baş çəkib, saxlanma şəraiti ilə maraqlanıblar. Özünün heç bir narazılığı yoxdur. Ondan əvvəl həbs olunan siyasi məhbusları unutmamağı istədi. Dedi ki, əvvəlki həbslərə reaksiya lazımi səviyyədə olsaydı, sonrakı həbslər də baş verməzdi. Onunla bağlı verilən dəstək bəyanatlarına görə də minnətdarlığını bildirdi. Xədicə bildirdi ki, onun həbsi ilə əlaqəli işlər bağlı qapılar arxasında yox, açıq diplomatik fəaliyyətlə aparılmalıdır».

Vəkil bildirir ki, Xədicə İsmayılın əhvalı-ruhiyyəsi də yüksək səviyyədədir:

«Bütün dostlarına salam dedi. Hər kəsi möhkəm olmağa çağırdı.Dedi ki, həbsxana elə də qorxulu yer deyil».

Dekabrın 5-də Səbail rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə qərar verib.

Qərar Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında qəbul edilib.

Təqdimat Tural Mustafayevin intihara cəhdinin istintaqı ilə əlaqədardır.

Azadlıq Radiosu

4 Yorum

  1. huseyin 20/12/2014

    Göresen özüne qesd eden Qarabağ qazisi Zaur Hesenovun
    qatili öz sezasını aldımı? haqqın, edaletin tapdanıb ezildiyi, insaf ve mürivetin qeybe çıxdığı ölkede hemişe bele olur. Bes zülmete qerq olmuş bu haqq-edaleti işıqlıya çıxarmağa çalışan insanlar hebs edilib zindana atılmalıdırmı ? Bax ele bu sübutt edir ki,bu ölkede qanun işlemir, haqq-edalet yoxdur.

  2. huseyin 20/12/2014

    İntihar haqqında fikir bildiren bezi deputatlar (millet vekili yox )intihar cehtinin sebeblerini araşdırmaq, sebebkarın cezalandırılmasını teleb etmek evezine,intihara cehd edenleri hebs etmeyi teleb edirler.. Etibar Hüseyinov ise bir az da ireli gedib ,,İntihar körpüsü,,-nün dayaqlarına tikanlı
    meftil sarımala dünyada biabır olmaqdan ve tıxacdan qurtulmağın ,,yegane,, yolunu gösterdi. Demeli intihar etmek olar,ancaq kenarda,sakit bir guşede ki,tıxac emele gelmesin. XEDİCENİN işi ise cox ağırdır o, Turalın eşq şüşesini vurub yere,sındırıb, enazından 7 il iş almalıdır….Ayıblar olsun aidiyyetine. ….

  3. Mirəli 24/04/2015

    CəmilHəsənli,Xədicə,leyla Yunus,Əkrəm Əylisli bunlar düşmən ölkələrin agent şəbəkələrinin fəal üzvləridir.Bunların ən savadlısı və ən təhlukəlisi xədicədir.Cəmil Həsənliyə mövcud iqtidar ən kiçik vəzifə versə belə o müxalifəti satacaq.Bu əxlaq Cəmilin genindədir.

  4. Mirəli 24/04/2015

    Xədicə savadlı dönməz agent,Cəmil Həsənli isə az savadlı öndək-döndək agent.Sonucda hər ikisi agent.

Yorumlar kapatıldı.

Aparat əməkdaşları Xədicə İsmayılla görüş keçiriblər