İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev “Qarabağ”ı qəbul etdi

18-12-2014

ilhameliyev

 

 

AzƏrbaycan Respublikası Prezidenti İlham Əliyev  Qarabağ fotbol klubunu qəbul etdi.

“Siz böyük qələbələrə layiq idiniz və bu qələbələr bütün dünyanın gözü qarşısında sizin əlinizdən alındı”sözlərini söyləyən

Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

“Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir”, – deyən Prezident İlham Əliyev futbolun inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu, bununla bağlı Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdırıb.

Dövlət başçısı bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər. İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirdiyini, Olimpiya Oyunlarında yüksək nəticələr göstərdiyini deyən prezident London Yay Olimpiya Oyunlarında və Çində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimizin yüksək nəticələr göstərdiklərini vurğulayıb. Qeyd edib ki, öz növbəsində dövlət də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır. Son illərdə ölkədə 50-dən çox Olimpiya mərkəzi tikilib və onların da 40-dan çoxu bölgələrdə yerləşir. Mövcud idman qurğuları da yenidən qurulur. Hazırda Bakıda regionun ən böyük idman qurğusu – Olimpiya Stadionu tikilir. Stadionun yerləşdiyi ərazidə Böyükşor gölünün təmizlənməsi prosesi gedir. Bununla da ekoloji tarazlığın qorunması sahəsində ciddi addımlar atılır.

Azərbaycan prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakı haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, “Qarabağ” futbol klubunun Avroliqada uğurlu iştirakına, ölkəni layiqincə təmsil etdiyinə və futbolun inkişafında xidmətlərinə görə “Qarabağ” futbol klubuna Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Mənbə: APA

Prezident İlham Əliyev “Qarabağ”ı qəbul etdi