İçeriğe geçmek için "Enter"a basın

“Ölkəmizdə haqsızlıq baş alıb gedir…” – Fəxri ad ala bilməyən müğənni üsyan etdi – Video

29-05-2018


[r32]
Prezidentin bir qrup mədəniyyət və incəsənət adamlarına fəxri adların verilməsi ilə bağlı sərəncamından kənarda qalan müğənni Nadir Qafarzadə üsyan edib. O, sosial şəbəkədə paylaşdığı videomüraciətində ölkədə haqsızlığın baş alıb getdiyini bildirib.

Müğənni deyib ki, hər zaman prezident seçkiləri, ulu öndərin doğum günü, hərbi hissələr və müxtəlif dövlət tədbirlərində təmannasız oxuyub, amma bunu nəzərə alan olmayıb: “Yenə də halal xoşları olsun. Gördüm ki, ölkəmizdə haqsızlıq baş alıb gedir. İndi mən bilmirəm ki, məni buradan hara aparacaqlar. Bu da gözləniləndir”.

N.Qafarzadənin etirazının videoyazısını Gununsesi.info saytına istinadla təqdim edirik:

“Ölkəmizdə haqsızlıq baş alıb gedir…” – Fəxri ad ala bilməyən müğənni üsyan etdi – Video