İçeriğe geçmek için "Enter"a basın

İtkin düşən iki hərbi qulluqçumuz ilə bağlı son xəbər

25-06-2015

ermenistan                                                            Artsrun Hovhannissian

Azadliq.az news.am-a istinadən xəbər verir ki,«Azərbaycan hərbi qulluqçuları Ermənistan ərazisinə keçməyib».

Bu xəbəri  Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan özünün «facebook» səhifəsində yazıb.

«İstisna etmirik ki, Azərbaycan hərbçiləri yolu azıblar. Bu, Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin bəyanatından da bəlli olur. Onlar bizə müraciət edərək Tavuş vilayətinin Vazaşen kəndi ərazisində, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə üzbəüz zolaqdan minaya düşdükləri ehtimal olunan iki Azərbaycan hərbçisinin meyitlərinin çıxarılması üçün təminat istədilər. Belə bir təminat dərhal verildi. Bildiririk ki, Azərbaycandan heç bir hərbçi bizim tərəfə keçməyib», – A.Hovhannisyan söyləyib.

İyunun 23-də Azərbaycan Müdafiə Nazirliyi Qazax rayonu ərazisində iki çavuş – Musa Musayevlə və Sabir Yolçiyevin yoxa çıxması haqda məlumat yayıb.

Nazirlik onların azaraq qarşı tərəfə keçə biləcəyini ehtimal edir.

Hərbçilərin axtarışları davam etdirilir.
Azadliq.az

İtkin düşən iki hərbi qulluqçumuz ilə bağlı son xəbər