İçeriğe geçmek için "Enter"a basın

5 iyun “Ümumdünya ətraf mühit günü” ilə əlaqədar tələbələrlə görüş keçirilib

31-05-2018

[r32]

31 May, 2018  16:19 xeber – 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il ənənəvi olaraq ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədilə müxtəlif ekoloji maarifləndirici tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu gün Bakı Dövlət Universitetinin tələbələri ilə ətraf mühitin mühafizəsi sahəsindəki biliklərinin artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi məqsədilə nazirliyin əməkdaşlarının və ETSN-də yaradılan Gənclər Şurasının nümayəndələrinin iştirakı ilə seminar-məşğələ keçirilib. Seminarda dövlətin ekologiya sahəsində həyata keçirdiyi siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan danışılaraq, gənclərin ətraf mühit sahəsində biliklərinin artırılmasının zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində görülmüş işlər, yaşıl iqtisadiyyat və davamlı inkişaf mövzularında tələbələrə ətraflı məlumat verilib. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

mənbə :
Report.az

5 iyun “Umumdunya etraf muhit gunu” ile elaqedar telebelerle gorus kecirilib