İçeriğe geçmek için "Enter"a basın

FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı -YENİLƏNİB - FOTOLAR

31-05-2018

[r32]
xeber –

Fövqəladə Hallar Nazirliyi Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, binanın 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb. Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyətləri normaldır. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

 

14:43

 

Sabunçu rayonundakı yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.

 

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.
S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

***

 

13:12

 

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

 

Yanğın söndürülüb. Əlavə məlumat veriləcək.​



mənbə :
Lent.az

FHN Sabuncudaki yanginla bagli melumat yaydi -YENİLENDİ