İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanla Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

31-05-2018

[r32]

31 May, 2018  17:16 xeber – Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cenevrədə Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyevlə görüşüb.Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Nazir Azərbaycanda əmək bazarının tənzimlənməsi, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası istiqamətində aparılan işləri diqqətə çatdırıb. Müvafiq fəaliyyət sahələrində bir çox ölkələrlə, o cümlədən Özbəkistanla əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən S.Babayev xüsusilə də ikitərəfli təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb.Ş.Kudbiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki Əmək Müqaviləsi Alt-Sisteminə və Məşğulluq Alt-Sisteminin ölkəsində tətbiqi üzərində işlərin aparıldığını qeyd edib, Özbəkistanda icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edib. Əmək və məşğulluq sahəsində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq üzrə anlaşma memorandumunun layihəsinin artıq hazırlandığı qeyd olunub.Görüşdə Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

mənbə :
Report.az

Azerbaycanla Ozbekistan arasinda emek ve mesgulluq sahesinde emekdasliq meselesi muzakire edilib