İçeriğe geçmek için "Enter"a basın

Masallıda inanılmaz olay: Anasının qəbri üstə ildırım vurub öldürdü

31-05-2018

[r32]
2018-05-31T18:36 xeber – Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.
Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
mənbə :
Sputnik

Masallida inanilmaz olay: Anasinin qebri uste ildirim vurub oldurdu