İçeriğe geçmek için "Enter"a basın

Bakıdan Qazax qonaq gedən məktəbli çayda boğuldu - FOTOLAR

31-05-2018

[r32]
2018-05-31T22:46 xeber – Qazaxda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində məktəbli boğulub.
©
Sputnik / İlham Mustafa Elnar Mustafayev Qazaxdakı restoranların birinin ərazisində yaradılmış süni göldə boğulub
Yol kənarından keçən şəxslərdən biri çayın sahilində 13-14 yaşlı oğlana aid paltarlar, eləcə də mobil telefon aşkar edib. Dərhal göldə axtarışlara başlanılıb.
Bir müddət sonra restoranların birinin ətrafında yaradılmış süni göldən 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayevin cəsədi çıxarılıb.
©
Sputnik / İlham Mustafa Məktəblinin cəsədi təcili yardım avtomobilinə qoyulur
İlkin məlumata görə, Elnar Mustafayev Bakı şəhərində yaşayırmış və Qazaxa qonaq gedib. Onun həmyaşıdları ilə çayda çimən zaman batdığı, hadisədən dərhal sonra digər uşaqların qorxaraq olay yerindən qaçdıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Sputnik

Bakidan Qazax qonaq geden mektebli cayda boguldu – FOTOLAR