İçeriğe geçmek için "Enter"a basın

Qax rayonunda baş verən ağır qəza barədə məlumat yayıldı - RƏSMİ

30-06-2018

[r32]
2018-06-30T12:37 xeber – Daxili İşlər Nazirliyi Qax rayonunun Tanqıt kəndi ərazisində 2 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Sputnik Azərbaycan DİN-in saytına istinadən xəbər verir ki, iyunun 29-da saat 10 radələrində Qax rayonunun Tanqıt kəndi ərazisində Zaqatala rayon sakini İlkin Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Qax rayonu Qaratala kənd sakini Fəxri Məmmədlinin idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub.
Daha sonra “Mercedes” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə İ.Əliyev hadisə yerində ölüb, 3 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Rəhilə Mikayılova orada dünyasını dəyişib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
mənbə :
Sputnik

Qax rayonunda bas veren agir qeza barede melumat yayildi – RESMİ