İçeriğe geçmek için "Enter"a basın

Xırdalan sakinini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı döyərək öldürüb

30-06-2018

[r32]

30 İyun, 2018  12:57 xeber – Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmar aparılır.

mənbə :
Report.az

Xirdalan sakinini qeyri-resmi nikah munasibetinde oldugu qadinin qardasi doyerek oldurub