İçeriğe geçmek için "Enter"a basın

Daha bir yolda hərəkət məhdud olacaq

30-06-2018

[r32]
2018-06-30T14:29 xeber – Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.
“Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur” — məlumatda bildirilir.
mənbə :
Sputnik

Daha bir yolda hereket mehdud olacaq